Korporativ saytlar

Şirkətinizin imicini formalaşdıran və müştəri etibarını qazandıran rəsmi sayt.

Korporativ sayt — şirkətinizin internetdəki simasıdır. Yeni müştəri sizi axtarıb tapdığında ilk impresion məhz bu saytdan formalaşır. Yaxşı qurulmuş korporativ sayt müştəri etibarını artırır, kommunikasiyanı asanlaşdırır və biznes proseslərinin bir hissəsini avtomatlaşdırır.

Korporativ saytın funksiyaları

  • İmic və brendinq — şirkətinizi profesional işıqda təqdim edir
  • Lid generasiyası — müştəri formaları, çağırış düymələri, contact me
  • Məhsul və xidmət təqdimatı — kataloq, qiymət, xüsusiyyətlər
  • Vakansiyalar — kadr cəlb etmək üçün ayrı bölmə
  • Blog və xəbərlər — SEO və ekspertlik nümayişi
  • Çoxdilli versiya — beynəlxalq müştərilər üçün

Hansı bölmələr olur

  • Ana səhifə — şirkət qısa təqdimatı və əsas xidmətlər
  • Haqqımızda — şirkət tarixi, missiya, komanda
  • Xidmətlər və ya məhsullar — ətraflı təsvirlər
  • Layihələr / portfolio — keçmiş işlərin nümayişi
  • Blog və xəbərlər — yeniliklər və ekspert mətnlər
  • Vakansiyalar — açıq pozisiyalar
  • Əlaqə — xəritə, forma, müxtəlif əlaqə kanalları

Texniki standartlarımız

  • Tam adaptiv dizayn — mobil, tablet, masaüstü
  • Yüksək sürət (Core Web Vitals üzrə optimallaşdırma)
  • SEO-friendly struktur və meta-teqlər
  • Admin paneli — kontenti özünüz redaktə edirsiniz
  • Çoxdillilik (AZ, RU, EN və ya istənilən digərləri)
  • SSL sertifikatı və müasir təhlükəsizlik
  • Google Analytics və Search Console

Niyə Gamidov Studio

22 ildən artıq təcrübə. 2004-cü ildən bazardayıq. Bütün dövrləri görmüşük və indi də ən müasir texnologiyaları tətbiq edirik.

Sürət. Razılaşdırılmış müddətlərə riayət edirik. İş təqvimi əvvəlcədən təsdiqlənir.

Dəstək. Sayt yayımlandıqdan sonra biz buradayıq — texniki problemlər, yeniləmələr, məsləhət.

Zəmanət. Müqavilədə qeyd olunan funksionallıq işləyir. Səhv tapılırsa — düzəldirik, əlavə ödəniş yoxdur.

Tez-tez verilən suallar

Hazırlanma müddəti?

Standart korporativ sayt — 4-8 həftə. Mürəkkəb layihələr (çox dil, böyük kataloq, integrasiyalar) — 8-12 həftə.

Sonradan dəyişikliklər edə biləcəyəm?

Bəli. Hər saytımızda istifadəsi rahat admin panel var — mətn, şəkillər, yeni xəbər, komanda üzvləri əlavə edə bilərsiniz.

CRM və ya 1C ilə inteqrasiya mümkündürmü?

Bəli. Müştəri formalarından CRM-ə avtomatik ötürmə, məhsul kataloqunun 1C-dən sinxronlaşdırılması və digər inteqrasiyaları edirik.

Köhnə saytımı yenidən düzəldə bilərsinizmi?

Bəli — redizayn və miqrasiya bizim daimi xidmətlərimizdəndir. Köhnə kontenti və SEO mövqelərini saxlamaq üçün xüsusi yanaşma tətbiq edirik.

Layihənizi müzakirə edək

İlkin məsləhət və qiymətləndirmə pulsuzdur. Əlaqə saxlayın.

📞 +994 50 224 11 61
📧 [email protected]